Balta-nın bu seriyasında İsmayılın möhtəşəm beyni işə düşür və o, pul qazanmaq yolunda böyük addımlar atmaqla yanaşı, fəlsəfi və bir o qədər də gülməli daxili axtarışlara çıxır. Eyni zamanda Hüseynin uran dolu tırla Bakıya qayıtması ilə birlikdə hadisələr kəsişir. Hüseynə bu təlimatı verənlərin uranı gizlətməyi elə Hüseynin özünə tapşırması da yeni macəraların qapısını açır.
Ərəb mafiyası tərəfindən ələ keçirilmiş Balta məhəlləsini xaos bürümüşdür. Tormoz Hüseyn öz torpaqlarını və itirdiyi uranı geri almaq üçün ərəb mafiyasına qarşı mübarizəyə qalxır. Ərəblərinsə tamamilə başqa planları var. Balta məhəlləsini xilas etmək məsuliyyəti İsmayılın üzərinə düşür. Və bu qarşıdurma gülməli hadisələrə səbəb olur.
5. bölümdə Baba və Musa Balta məhəlləsini ərəblərdən xilas etmək üçün zamanda səyahət edib, Babəki gətirmək qərarına gəlmişdilər. Baba və Musanın başına nələr gəldiyini 7. bölümdə izləyəcəksiniz. Qəhrəmanlarımız 838-ci ilə getmək üçün yola düşürlər. Ancaq, zaman maşınını düzgün istifadə edə bilmədiklərinə görə müxtəlif tarixlərə səyahət edirlər. Səyahət zamanı bir çox tarixi şəxsiyyətlərlə qarşılaşan Baba və Musa çətinliklə də olsa Babəkin dövrünə gəlib çatırlar. Həmin gün, Babəkin edam günüdür. Onlar Babəki xilas etməlidirlər.
Baba və Musa ilə birlikdə keçmişdən gəlmiş personajlar İsmayılgilin evində yaşamağa başlayırlar. Bu hadisə ev əhli arasında gülməli mübahisələrə səbəb olur. İsmayıl və Canan münasibətində isə vəziyyət elçiliyə qədər gəlib çıxır. Eyni zamanda Cananın köhnə sevgilisi və İsmayıl arasında qarşıdurma yaranır.