Home / Discover / Lists

Filmlər

əlavə etdiyim filmlər

azərbaycan dili
  • TheTVDB.com List ID 6979
  • Created By Vafa
  • List Type Custom
  • Favorites 1
  • Created October 4, 2020 by
    Vafa
  • Modified October 4, 2020 by
    Vafa

Pərdə 1

2016

Ata məsləhəti ilə evlənərək sonradan bədbəxt olan Zaur seçim qarşısındadır. O öz bacısı Lalənin sevdiyi oğlan Eminlə xoşbəxt olmasını istəyir. Bunun üçün Zaur, bacısının qaçırılmasına icazə verməlidir. Cəmiyyətin, dostların, qonşuların bu işə münasibəti necə olacaq kimi fikirlər Zauru çıxılmaz vəziyyətdə qoyur. Onun seçimindən bir ailənin talehi asılıdır. Görəsən o nəyi seçəcək?

İkinci Pərdə

2018

Bir-birinin şəninə sağlıq deyən dostların münasibəti ilk baxışdan çox istidir. Məclisi yarımçıq tərk edən Timanın sərxoş dostları onun arvadı haqqında xoşagəlməz sözlər deyir. Onların söhbəti mübahisəyə çevrilir. Dostlardan bir sərxoş halda Tima haqqında gəzən şayələri masa arxasında açıqlayır. Eşitdiklərindən təəcüblənən İbiş, qulaqlarına inanmır. İbiş bu gecə çətin bir qərar verməlidir. Lakin, bu qərarı vermək nə qədər çətindirsə bir o qədər də təhlükəlidir.

عروس فرنگی

1964

İranlı Pərviz almaniyalı qız Monika ilə evlənərək Tehrana qayıdır. Özləri ilə Monikanın bacısı Mariyanı da qonaq gətirən Pərviz bir gün baldızını Tehranın küçələrinin birində maşından düşürüb gedir. O, Mariyaya qayıdacağı ünvanı kağıza yazıb versə də, Mariya kağızı itirir və Tehranın küçələrində azır. O, sürücü Hüseynin maşınına əyləşdikdən sonra azdığını deyir. Hüseyn isə ünvanı bilməyən avropalı qızla Tehranı ələk-vələk etməli olur.

Ən Vacib Müsahib

1971

Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O, belə bir suala cavab tapmalıdır : "Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?" Filmin qəhrəmanı Zaur radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır.

Bizim Cəbiş Müəllim

1969

Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Yoxdu Belə Söhbət

2018

Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar.

Tütək Səsi

1976

Kinopovestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.

Ölsəm Bağışla

1989

Həyat Yusifi çox sınaqlardan keçirir, onu sərtləşdirir. Hər addımda haqsızlıqlarla üzləşən o, onlarla təkbaşına mübarizə aparmalı olur. Amma təbiətcə mülayim insandır.

Balta

2018

Balta, yetkinlər üçün nəzərdə tutulmuş, absurd komediya janrında cizgi serialdır. Hadisələr baş qəhrəman İsmayılın "bir baltaya sap olmaq" üçün atıldığı sərgüzəştlər xəttində irəliləyir.

Har sey yaxsiliga dogru

1997

Hadisələr Ermənistan-Azərbaycan/Dağlıq Qarabağ münaqişəsi zamanı baş verir. Mübahisəli bir ünvanla sink tabutun içindəki cəsəd səbəbiylə iki ailə həyəcanlanır. Ölən əsgərin şəxsiyyətini müəyyən etmək üçün tabutun qapağını kəsərək onun azərbaycanlı deyil, keçmiş Bakı sakini erməni olduğunu öyrənirlər.