Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi, keçmişdən gələn bir məhəbbət hekayəsi. Xüsusi çərçivələrlə verilən geniş "geridönüş" səhnələrindən ibarət olan bu filmdə Əsmərlə Oqtayın bir-biri ilə keçirdiyi bir günə şahid oluruq.